Press "Enter" to skip to content

Milli Qəhrəmanın yubileyinə “Yarımçıq qalmış” tamaşası

"Yarımçıq qalmış" tamaşası

BAYRAQDAR MEDİA – Fevralın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun 70 illik yubileyinə həsr olunan “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tamaşanın nümayişindən əvvəl rejissor Kəmalə Musayevanın quruluşunda ekranlaşdırılan “Vətənim mənim” adlı sənədli film tamaşaçılara təqdim olunub. Filmdə 1992-ci ilin iyul ayında könüllü olaraq l Qarabağ müharibəsinə yollanan elə həmin ilin oktyabr ayında 39 yaşında qəhrəmancasına şəhid olan Koroğlunun cəbhə yolundan, Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Daha sonra teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək milli qəhrəmanın şərəfli həyat yoluna nəzər salıb. Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov isə atasının döyüş sücaətindən danışaraq onun xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkürünü bildirib. Çıxışlardan sonra “Yarımçıq qalmış” tamaşası nümayiş olunub”.

Xatırladaq ki, Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanan tamaşa Qarabağ müharibəsinin ağrı-acılarından, müharibənin insanların həyatında yaratmış olduğu facilərdən bəhs edir.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa ediblər.

Mission News Theme by Compete Themes.