Press "Enter" to skip to content

4 yeni sosial xidmət mərkəzi yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 2 Fevral 2024 16:32

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq.

Bu barədə Nazirlikdən məluamt verilib.

Bildirilib ki, yeni mərkəzlərin Bakının Yasamal rayonunda və Hacıqabul, Göyçay, Ağdam rayonlarında yaradılması nəzərdə tutulub: “Yaxın vaxtlarda istifadəyə veriləcək həmin 4 yeni ixtisaslaşmış sosial xidmət mərkəzində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçiriləcək. Məqsəd həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir”.

Məlumata görə son illərdə Abşeron rayonunda və paytaxtın Sabunçu, Nərimanov rayonlarında belə mərkəzlər yaradılıb və ötən dövrdə bu mərkəzlərdə 650-dək uşağın reabilitasiyası işləri uğurla başa çatıb.

Mission News Theme by Compete Themes.