Press "Enter" to skip to content

Kitab tanıtma: “Naməlum Abşeron”

Naməlum Abşeron

Son yeniləmə: 1 Fevral 2024 11:05

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də “Naməlum Abşeron” kitab-albomudur.

Kitab Abşeronun tarixi, abidələri, arxeoloji abidələrinin xəritəsi, təbiəti və s. haqda məlumatlardan və onları əks etdirən fotoşəkillərdən ibarətdir.

“Hər şey nədən başladı” başlıqlı yazıda deyilir: “Abşeronda həyat nə zaman yaranmış və o necə olub sualı onilliklərlə alimləri düşündürməkdədir. Bu sualın cavabı əcdadlarımız tərəfindən qoyulmuş izlərin dərindən öyrənilməsi ilə bağlıdır. Yarımadada addımbaşı rast gəlinən abidələr bu baxımdan çox yetərlidir. İlk dəfə onlara 1941-ci ildə diqqət yetirilib. O zaman tədqiqatçı-alim İ.M.Cəfərzadə tərəfindən tapılan materialların erkən dəmir dövrünə aid olması müəyyən edilib”.

Albomda bir az məlum olan, bəzən isə tamamilə bəlli olmayan Abşeron üzə çıxardılmağa çalışılıb. Yarımadanın abidələrinin tədqiqi davamlı şəkildə aparılır və alimlərin aşkarladıqları yeni faktlar gec və ya tez Abşeron sirrlərinin açılmasında gətirib çıxaracaq.

Mission News Theme by Compete Themes.