BAYRAQDAR MEDİA – Fevralın 8-də saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında 7 gürcü rəssamı tərəfindən ərsəyə gətirilmiş “Ekinoks” sərgisindəki əsərlərin müzakirəsi olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “sərgini ziyarət edənlər burada nümayiş olunan əsərlərin çox dərin mənalı olduğunun şahidi olurlar. Tədbirdə filoloq-linqvist və tarixçi Seymur Ağayevin iştirakı ilə sözügedən əsərlərin ideya və fəlsəfi mənalarının müzakirəsi olacaq”.
Qeyd edək ki, müzakirəyə giriş sərbəstdir.