Press "Enter" to skip to content

CHP-də daha bir problem

Hüseyn Akçar

Son yeniləmə: 1 Fevral 2024 14:39

Hüseyn Akçar ləğv edilən ilkin seçkidə baş verənlərdən danışıb

BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası olan CHP-də gərginlik və probelm səngimir. Növbəti problem isə Eskişehirdə yaşanıb.

Belə ki, CHP-dən Tepebaşı bələdiyyəsi məclis üzvlüyünə namizədlərin müəyyən edilməsi üçün keçirilən ilkin seçkinin nəticələri ləğv edilib.

Bu barədə eskisehir.net məlumat yayıb.

Bildirilib ki, “yanvarın 28-i bazar günü keçirilən ilkin seçki bülleten və zərflərdə fərqli möhürlər olduğu səbəbiylə ləğv edilib. İlkin seçkidə baş verənlərlə bağlı Eskişehir.net-ə danışan CHP Terebaşı Divan Üzvü namizədi hüquqşünas Hüseyn Akçar, “Əsasnaməyə görə ilkin seçkinin yenilənməsi ehtimalı yoxdur. Partiya şurası təyinatı gerçəkləşdirməlidir” deyib”.

Məlumata görə, H.Akçar ilkin seçkidə baş verənlərlə bağlı bunları açıqlayıb: “Məlum oldu ki, bütün seçki bülletenlərində və zərflərdə möhür fərqli olub. Zərflərin möhürlərin bəziləri əvvəldə, bəziləri arxada vurulub”.

Mission News Theme by Compete Themes.