Son yeniləmə: 1 Fevral 2024 10:41
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin Konservatoriyası xor kollektivi Türk klassik musiqisi konserti ilə tamaşaçılara unudulmaz bir gecə yaşadıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.
Bildirilib ki, konsert Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzinin Mehmet Qazi Salonunda təşkil edilib.
Konsertə Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, Mədəniyyət və İctimai işlər Dairə başqanı Hüdaverdi Otaklı, qonaqlar və çox sayda vətəndaş qatılıb.
Məlumata görə, dirijor Ahmet Nuri Çağdaşın idarə etdiyi konsertdə bir-birindən gözəl türk klassik musiqi əsərləri səsləndirilib: “Gecənin sonunda sözləri və bəstəsi N.Çağdaşa məxsus olan 100 illik yubiley marşı böyük rəğbətlə qarşılanıb. Sonda Osman Zolan daha bir türk klassik musiqisi konserti ilə bir araya gəldiklərini ifadə edərək, tədbirdə könüllü olaraq iştirak edən bütün sənətçi və musiqiçilərə təşəkkürünü bildirib. Bələdiyyə sədri bu xüsusi proqramda onları tək qoymayan tamaşaçılara da təşəkkür edib və hər kəsə xoş gecələr arzulayıb”.