Son yeniləmə: 31 Yanvar 2024 16:37
KKTC-də 525 müəssisə Türkiyənin real sektora dəstək proqramlarından faydalanıb
BAYRAQDAR MEDİA – Son 12 ildə Türkiyənin KKTC-nin iqtisadi inkişafı üçün reallaşdırdığı real sektora dəstək proqramlarından 525 müəssisə faydalanıb.
Bu barədə Kibris Turk məlumat yayıb.
Bildirilib ki, “Türkiyənin Lefkoşa səfirliyinin İnkişaf və İqtisadi Əməkdaşlıq Ofisindən verilən açıqlamada, bu Ofisin, Çukurova İnkişaf Agentliyi və əlaqədar nazirliklərin nəzarətin altında 2011-2023-cü illər arasında kənd təsərrüfatı, turizm, sənaye və KKTC daxilində müxtəlif başlıqlar altında qismən qrant və dəstək proqramlarının həyata keçirildiyi qeyd edilib. Həyata keçirilən ümumilikdə 9 proqram çərçivəsində 525 müəssisə və layihəyə təxminən 500 milyon lirə maliyyə vəsaiti ayrılıb”.
Məlumata görə, açıqlamada Türkiyə ilə KKTC arasında imzalanan iqtisadi protokolların hər iki ölkə üçün mühüm maliyyə qaynaq axını təşkil etdiyi bildirilib və Türkiyədən KKTC-yə transfer edilən qaynaqlar arasında real sektor dəstəklərinin xüsusi önəm daşıdığı qeyd edilib.