BAYRAQDAR MEDİA – Yanvarın 31-də Beynəlxalq Həmrəylik Qrupu və “Ziyalı Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup özbəkistanlı müəllim və tələbə AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
Qonaqları MEK-in baş direktoru, Prof. Məmməd Əliyev salamlayaraq onları Kitabxananın şəhid, qazi və müharibə iştirakçıları barədə məlumatların toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu, müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin qorunduğu Diplomatik fond, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı guşə ilə yaxından tanış edib, MEK haqda ətraflı məlumatlandırıb.
Sonda qonaqlar Kitabxanaya təşəkkürlərini ifadə ediblər.