Press "Enter" to skip to content

Nazir Ağdaşda vətəndaşları qəbul edəcək

Son yeniləmə: 31 Yanvar 2024 15:59

BAYRAQDAR MEDİA – Fevralın 9-da energetika naziri Pərviz Şahbazov Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 31-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qəbul saat 11:30-dan başlayaraq Ağdaş rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı 2) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: mingachevir@regulator.gov.az), Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az) və Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər”.

Qeyd edilib ki, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür”.

Mission News Theme by Compete Themes.