Son yeniləmə: 31 Yanvar 2024 10:41
BAYRAQDAR MEDİA – 2020-ci ilin oktyabr ayında Antalyanın Kemer rayonunun Göynük məhəlləsində quruda bitkin halda tapılan tısbağa Dəniz Tısbağası Araşdırma, Xilasetmə və Reabilitasiya Mərkəzinə (DEKAMER) gətirilib. Burada aparılan müayinələrdə tısbağanın bağırsaqlarında çoxlu plastik kütlə olduğu, boyun və müəyyən hissələrində yaraların olduğu müəyyən edilib.
Bu barədə haber20denizli.com saytı məlumat yayıb.
Məlumaat görə, 1,5 illik müalicədən sonra tısbağa yenidən dənizə buraxılıb: “Tısbağa, Kıbrıs Barış Hərəkatının ildönümündə Lara çimərliyindəki yaşayış yerinə buraxıldığı üçün “Lara Barış” adlandırılıb. Üzərinə yerləşdirilən peyk izləmə cihazı ilə 1,5 il izlənilən “Lara Barış”ın 49 gündə 600 kilometr yol qət etməsini 29 min insan internet üzərindən izləyib. 20 iyul 2022-ci ildə dənizə buraxılan “Lara Barış” 1,5 il ərzində peyk izləmə cihazı ilə izlənilib və bu müddət o 4 min kilometr yol qət edib. Sonuncu dəfə Misirdə Bərdəvil gölünə gedən “Lara Barış”dan 1,5 il sonra heç bir siqnal alınmayıb”.