Press "Enter" to skip to content

Bolqarıstanda ali təhsillə bağlı mühüm addım

Sofiya

Son yeniləmə: 31 Yanvar 2024 13:01

BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət dövlət universitetlərində və dövlət tərəfindən dəstəklənən kafedralarda təhsil alan tələbə və doktorantlar üçün təhsil haqlarının ləğv edilməsini təklif edib.

Radio Bolqarıstan xəbər verir ki, beləliklə, sosial və maliyyə vəziyyətindən asılı olmayaraq universitet təhsilinə çıxış asanlaşacaq: “Eyni zamanda orta məktəb şagirdlərinin ali təhsil almaq üçün xaricə getməyərək, ölkədə qalması demoqrafik siyasətə müsbət təsir göstərəcək. Çünki bir çox Avropa ölkələrində universitet təhsili pulsuz olduğundan bolqar lisey şagirdləri təhsillərini xaricdə davam etdirirlər”.

Məlumata görə qərar bu tədris ilindən qüvvəyə minəcək. Dövlət və özəl universitetlərdə ödənişli təhsil alan universitet tələbələri üçün ödəniş davam etdiriləcək.

Mission News Theme by Compete Themes.