Press "Enter" to skip to content

“AzerGold”un satış gəlirləri artıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

Son yeniləmə: 31 Yanvar 2024 10:15

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışı uğurla davam etdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya QSC-dən məlumat verilib.

Bildirilib ki, “qiymətlilərin satış həcmləri 2023-cü ildə 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüş olub. Bu, 2022-ci illə müqayisədə qızıl satışı həcmində 7 faiz artım deməkdir”.

Məlumata görə, qeyd edilən satış həcmindən qızıl üzrə 62.1min unsiya, gümüş üzrə isə90.8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib: “Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satışgöstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib. Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib.2022-ci illə müqayisədə satış gəlirlərində 15% artımqeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda satış gəlirləri isə 81faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9 faizi məhz qızılın satışı nəticəsində əldə edilib. Bununla, 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir 1.19 milyard manat olub”.

Mission News Theme by Compete Themes.