Press "Enter" to skip to content

Alim Bayel Mikayıl Cabbarovla görüşüb

Görüş zamanı

Görüşdə Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə yönələn yeni təşəbbüslər müzakirə olunub

BAYRAQDAR MEDİA – Qarda. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarovla növbəti görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 31-də səfrilikdən məlumat verilib.

Bildirilib ki, tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və energetika sahələrində ikitərəfli əməkdaşlığın indiki vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verib

Məlumata əsasən, görüşdə vurğulanıb ki, ötən il reallaşan və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərləri və Qazaxıstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verib: “Alim Bayel ölkələr arasında ticarət dövriyyəsinin davam edən artımını qeyd edib və bu tendensiyanın qorunmasının vacibliyinə diqqət çəkib”.

İqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalmamalıdır

Xəbərə əsasən, öz növbəsində, Mikayıl Cabbarov vurğulayıb ki, Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalmamalıdır: “Bu kontekstdə o, həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyətə malik birgə layihələrinin həyata keçirilməsini yüksək qiymətləndirib. Xüsusi diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) infrastruktur və logistika layihələrinin həyata keçirilməsinə, Azərbaycan üzərindən Qazaxıstan neftinin tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi ilə bağlı işlərə, habelə Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsinə dair əldə olunmuş razılıqlara yetirilib”.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası qorunub saxlanılmaqdadır

Məlumatda deyilir ki, tərəflər, təkcə iki ölkədə deyil, həmçinin xaricdə birgə layihələrin həyata keçirilməsində, Qazaxıstan taxılının Azərbaycana ixracatının və Azərbaycan meyvə-tərəvəz məhsullarının Qazaxıstana tədarükünün artırılmasında qarşılıqlı marağını bildirdilər. Həmçinin, iqtisadi əməkdaşlığın dərinləşməsinə yönələn yeni təşəbbüslər müzakirə olunub.

Vurğulanıb ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası qorunub saxlanılmaqdadır. 2023-cü ilin 11 ayının nəticələrinə əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 19 faiz artıb. 2023-cü ildə Orta Dəhliz (TBNM) üzrə daşımalar 65 faiz artaraq, 2,76 milyon tonndan çox olub. Bu iş Prezident Qasım-Jomart Toqayevin Tokayevin “Ədalətli Qazaxıstanın İqtisadi Kursu” adlı Müraciətdə göstərilən tapşırıqlara uyğun olaraq aparılır.

Mission News Theme by Compete Themes.