Son yeniləmə: 30 Yanvar 2024 16:20
BAYRAQDAR MEDİA – Quzey Makedoniya Baş Nazirlik Binasında baş nazir Tələt Caferi vəzifəni Dimitar Kovaçeskidən təhvil alıb.
Yeni Balkan xəbər verir ki, mətbuat konfransında fəaliyyəti haqqında məlumat verən Dimitar Kovaçeski birlikdə çalışdığı nazirlər şurasının üzvlərinə təşəkkür edib: “O, yeni hökumətin qarşıdakı dövrdə iki mühüm seçki keçirməli olduğunu vurğulayıb. Tələt Caferi hökumət proqramının olduğu kimi davam edəcəyini desə də, jurnalistlərin suallarını da cavablandırıb”.
Məlumata görə bu hökumət mayın 8-də keçiriləcək parlament seçkilərinin yekun nəticələri açıqlanana qədər fəaliyyətini davam etdirəcək.