Son yeniləmə: 30 Yanvar 2024 13:39
BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov bu il Qazaxıstana rəsmi səfər edəcək.
Ulysmedia.kz xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Bişkekdə səfərdə olan Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu arasında keçirilən görüşdə məlum olub.
Qeyd edilib ki, 2024-cü ildə iki ölkənin hökumət başçılarının sədrliyi ilə Qırğızıstan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Bundan əvvəl prezident Qasım-Jomart Toqayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanda işgüzar səfərdə olub.