Press "Enter" to skip to content

Qazaxıstandan mühüm təklif

Tədbir zamanı

Son yeniləmə: 30 Yanvar 2024 17:39

İlkin tibbi yardım üzrə ölkələrin koalisiyası yaradılsın

BAYRAQDAR MEDİA – Qazaxıstanın səhiyyə nazirinin birinci müavini Timur Sultanqaziyev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Daha davamlı sağlamlıq sistemləri üçün siyasətlərin təkmilləşdirilməsi” mövzusunda keçirilən nazirlər görüşündə iştirak edib. Görüşdə İƏİT-in baş direktoru, baş nazir müavinləri, İƏİT-ə üzv ölkələrin səhiyyə nazirləri və müavinləri, həmçinin müşahidəçilər iştirak edib.

Bu barədə el.kz xəbər agentliyi Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, T.Sultanqaziyev qeyd edib ki, ilkin səhiyyə xidmətləri ölkələrə yeni çağırışların öhdəsindən gəlməyə kömək edib: “COVID-19 pandemiyası ortaya çıxan sağlamlıq təhdidlərinə tez cavab verə bilən güclü və davamlı sağlamlıq sistemlərinin vacib olduğunu gerçəkliyini ortaya qoydu. İlkin tibbi yardım ölkələrə yeni çağırışların öhdəsindən gəlməyə, səhiyyə sisteminin həddən artıq yüklənməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə, əhaliyə sərfəli və keyfiyyətli tibbi xidmət göstərməyə, profilaktik tədbirlər həyata keçirməyə imkan verib”.

O, Qazaxıstanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Qeyd edib ki, bu da ilkin səviyyədə tibbi yardımın səmərəliliyinin artırılmasına imkan verib: “Biz ölkələri Qazaxıstanın İlkin Tibbi Yardım üzrə Ölkələrin Koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləməyə çağırırıq”.

Mission News Theme by Compete Themes.