Press "Enter" to skip to content

Qazaxıstan bu sazişdən çıxıb

Qasım-Jomart Toqayev

Son yeniləmə: 30 Yanvar 2024 15:54

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev 4 iyun 1999-cu il tarixli ixtiraların hüquqi müdafiəsi ilə bağlı dövlətlərarası sirlərin qarşılıqlı qorunması haqqında sazişin ləğvini təsdiqləyib.

Bu barədə ulysmedia.kz xəbər verib.

Qeyd edilib ki, 1999-cu ildə Minskdə ixtiraların hüquqi mühafizəsi sahəsində dövlətlərarası sirlərin təhlükəsizliyinin qarşılıqlı təmin edilməsi haqqında saziş imzalanıb.

O da xatırladılır ki, bundan əvvəl repressiyaya məruz qalanlarla bağlı sənədlərin hamının istifadəsinə veriləcəyi bildirilirdi: “Qazaxıstanda 1929-1956-cı illər ərzində siyasi repressiya qurbanlarına aid 2,4 milyondan çox arxiv kartı məxfilikdən çıxarılıb. Həmçinin bildirilir ki, 251 min xüsusi sürgün edilmişlərin işi prezident arxivinə verilib, bundan sonra onlar maraqlı tərəflərin ixtiyarına veriləcək. Baş Prokurorluq ilin sonuna kimi 265 min işin təhvil veriləcəyini əmin edib. Bundan əlavə, sürgün edilmiş və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 311 min nəfərin reabilitasiya olunduğu bildirilir”.

Mission News Theme by Compete Themes.