Press "Enter" to skip to content

Nazir müavini Sumqayıtda vətəndaşları qəbul edəcək

Son yeniləmə: 30 Yanvar 2024 15:24

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev fevralın 9-da Sumqayıt şəhərində sakinləri qəbul edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 30 yanvar – 05 fevral tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər”.

Mission News Theme by Compete Themes.