Press "Enter" to skip to content

“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu

“Nar” ölkə gənclərinin intellektual asudə vaxt keçirməsinə dəstək məqsədilə “Breyn Rinq” bilik yarışının əsas tərəfdaşıdır

Son yeniləmə: 30 Yanvar 2024 10:59

BAYRAQDAR MEDİA – “Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü yekunlaşıb.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə son mövsümdə “Bilik” kubokunun qalibi Göyçayın “FULL” komandası,“Nar” kubokunun qalibi isə “BirBank” komandası olmuşdu: “Oyunun qaydalarına uyğun olaraq, Azərbaycan çempionu titulu uğrunda final görüşü bu komandalar arasında keçirildi və qalib “BirBank” komandası oldu. Xatırladaq ki, oyunda 9 region və 7 universiteti təmsil edən 19 komanda mübarizə aparırdı”.

Qeyd edək ki, “Nar” ölkə gənclərinin intellektual asudə vaxt keçirməsinə dəstək məqsədilə “Breyn Rinq” bilik yarışının əsas tərəfdaşıdır. Mobil operatorun elm və təhsil istiqamətində gerçəkləşdirdiyi digər sosial layihələri haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

Mission News Theme by Compete Themes.