Son yeniləmə: 30 Yanvar 2024 10:05
BAYRAQDAR MEDİA – Kərkük Əyalət Şurası üzvlüyünə vəsiqə qazanan namizədlər Kərkük Apellyasiya Məhkəməsinə gedərək and içiblər.
Xatırladaq ki, seçkilər 2023-cü ilin dekabrnda keçirilmişdi.
Türkmeneli TV xəbər verir ki, seçkilərdə Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısından mandat mandat qazanan Sevsen Ceddu və Ahmet Remzi Köprülü and içdikdən sonra bir araya gələrək kameralar qarşısına keçiblər.
Hər iki məclis üzvü Kərkük xalqına, xüsusilə türkmən millətinə xidmət edəcəklərini vurğulayaraq, xeyirli işlər görəcəklərini bildiriblər.
Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısı Kərkükdə 2 yer qazanıb