Son yeniləmə: 30 Yanvar 2024 16:20
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri bəlli olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarln 30-da BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “monitorinqlərdə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin 35 faizi, yəni 169 157-si iştirak edib. Şagirdlərin nəticələri bal və məzmun istiqamətində təhlil olunaraq ümumi təhsil müəssisələrinə göndərilib. Monitorinq zamanı şagirdlərin dinləyib-anlama (5 tapşırıq), oxuyub-anlama (10 tapşırıq) və yazı (1 tapşırıq) bacarıqları ölçülüb və hər üç məzmunun nəticələri müəyyən olunub”.
Qeyd edilib ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir. Azərbaycan dili fənni üzrə növbəti monitorinq fevralın 21-də 4, 6, 7 və 8-ci siniflərdə keçiriləcək.