Son yeniləmə: 29 Yanvar 2024 15:11
BAYRAQDAR MEDİA – UNESCO görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin 100 illik yubileyini qeyd edəcək.
Ulysmedia.kz xəbər verir ki, Qazax yazıçısı Berdibek Sokpakbayevin anadan olmasının 100 illiyi UNESCO-nun yaddaqalan hadisələr siyahısına daxil edilib.
Məlumata görə yazıçı 1924-cü il oktyabrın 15-də anadan olub: “Yazıçının yubileyinin keçirilməsi təşəbbüsü dövlət başçısı Qasım-Jomart Toqayevdən gəlib. Berdibek Sokpakbayevin doğulduğu Narınkol kəndində abidəsi ucaldılacaq. Onun adı da bir sıra parklara, təhsil müəssisəsinə və rayon kitabxanasına veriləcək”.
Qeyd edilib ki, B.Sokpakbayev daha çox Qazaxıstan uşaq ədəbiyyatının klassikinə çevrilmiş “Mənim adım Kojadır” hekayəsinin müəllifi kimi tanınır: “Bu əsər, həmçinin onun “16 yaşlı çempion” və “Ölülər qayıtmır” kimi digər əsərləri əsasında birdən çox qazaxıstanlı nəsil yetişib”.