Son yeniləmə: 29 Yanvar 2024 13:47
BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamentinin yanvarın 28-də keçirilən iclasda Tələt Cəfərinin rəhbərlik etdiyi müvəqqəti seçki hökumətinə mayın 8-də keçiriləcək parlament seçkilərinə qədər hökuməti idarə etmək səlahiyyəti verib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “Tələt Caferi 65 deputatın “lehinə” səsi ilə seçilən yeni hökumətin baş naziri olub. Tələt Caferi Makedoniya tarixində ilk Alban baş naziri kimi tarixə düşüb”.
Məlumata görə, T.Caferi hökumətdə iştirak edəcək nazirlərlə birlikdə parlamentin iclasında and içərək vəzifəsinin icrasına başlayıb.