Press "Enter" to skip to content

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində 105 təlim keçirilib

Ümumilikdə layihə çərçivəsində 175 təsərrüfatdan 221 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib

Son yeniləmə: 29 Yanvar 2024 15:11

BAYRAQDAR MEDİA – 2023-cü il ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə şimal-qərb, qərb, cənub və aran regionlarında təqdimatlar olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 29-da Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bundan əlavə Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax və Zaqatala rayonlarından olan 105 təsərrüfat sahibi üçün aqroturizmlə bağlı müxtəlif təlimlər keçirilib.

Məlumata əsasən, dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib: “Ümumilikdə layihə çərçivəsində 175 təsərrüfatdan 221 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib”.

Mission News Theme by Compete Themes.