Press "Enter" to skip to content

Nebi Hatipoğludan Özgür Özelə sərt cavab

Nebi Hatipoğlu (solda) və Özgür Özel

Son yeniləmə: 29 Yanvar 2024 12:23

BAYRAQDAR MEDİA – Eskişehirdə keçirilən namizəd təqdimat yığıncağında danışan CHP sədri Özgür Özel, adlarını çəkmədən AK Partinin Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Nebi Hatipoğlunun ünvanına fikirlər səsləndirib.

Lakin N.Hatipoğlunun buna cavabı özünü çox gözətməyib.

Belə ki, o X sosial şəbəkə hesabından etdiyi paylaşımda CHP lideri Ö.Özeli Kemal Kılıçdaroğlu və Yılmaz Büyükerşenə qarşı hiylə qurmaqda və sayğısızlıqda ittiham edib:“Öz sədrinə və Böyükşəhər Bələdiyyəsi sədrinə qarşı hiylə işlədən şəxsin çıxıb Eskişehirlilərə dərs keçməyə nə haqqı, nə də həddi var. Martın 31-də Eskişehir öz övladlarının, yoxsa idarə edə bilmədiyi İstanbuldan şəhərimizi dizayn etməyə çalışanların vəkillərinin arxasında dayanacaq? Eskişehirdə hər hansı bir qütbləşmə cəhdi etibarsızdır. Mən hər bir vətəndaşa fayda vermək, onların həyatına müsbət mənada toxunmaq niyyətindəyəm və buna çalışıram. Siyasi nəzakət nümunəsi olan təşviqat prosesimiz bu şəkildə davam edəcək”.

Mission News Theme by Compete Themes.