Press "Enter" to skip to content

Kitab tanıtma: “Təbriz şəhərinin maddi mədəniyyəti”

Təbriz şəhərinin maddi mədəniyyəti

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif mövzulu nəşrlər qorunur. Onlar içərisində tarix üzrə fəlsəfə doktoru İlhamə Məmmədovanın “Təbriz şəhərinin maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” monoqrafiyası da var.

Monoqrafiyada qeyd edilir ki, kitab XIX – XX əsrin əvvəllərində (Qacarlar dövrü) Təbriz şəhərinin tarixi-etnoqrafik araşdırılmasına həsr edilib. Kitabda şəhərin coğrafi mövqeyi, siyasi tarixi açıqlanır, onun məhəllələri, yaşayış evləri, bazar kompleksi, karvansaraları, məscidləri, hamamları, bağları, meydanları, su təchizatı vasitələri, nəqliyyat sistemi, daxili və beynalxalq yolları, yeməkləri və geyimlərinin etnoqrafik izahı verilir,Təbrizin simasında Azərbaycanın şəhər mədəniyyəti tədqiqata cəlb olunur. Tarixi mənbələr, ədəbiyyat va çöl-etnoqrafik materialları əsasında qələmə alınan əsər Azərbaycanda Təbriz şəhərinin maddi mədəniyyətinin öyrənilməsində ilk təşəbbüsdür.

Qeyd edək ki, nəşrin elmi redaktoru tarix elmləri doktoru, Prof. Şirin Bünyadova, rəyçiləri isə tarix elmləri doktoru, Prof. Hacı Qadir Qədirzadə və tarix elmləri doktoru, Prof. Şahin Fərzəliyevdir.

Mission News Theme by Compete Themes.