Press "Enter" to skip to content

Əlilliyi olan min iki yüzə yaxın şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 29 Yanvar 2024 15:30

Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılaraq verilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə Sumqayıt şəhərində yaşayan bir qrup əliliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 29-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən onlara müraciətlərinə əsasən təkərli oturacaq, qoltuqaltı ağac, əsa, dördayaqlı dayaq vasitəsi və s. reabilitasiya vasitələri təqdim edilib. Qeyd edək ki, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edilməsi işlərinin davamı olaraq, ötən il müxtəlif bölgələr üzrə 1136 şəxsə 2145 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib”.

Mission News Theme by Compete Themes.