Press "Enter" to skip to content

Azərbaycan gəncliyi “Yola Davam” deyir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova

Son yeniləmə: 29 Yanvar 2024 12:28

BAYRAQDAR MEDİA – Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 29-da AzTU-dan məlumat verilib.

“Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib
“Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib

Bildirilib ki, “AzTU-da keçirilən interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və universitet tələbələrinin iştirakı ilə təşkil olunub. Görüşdə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlar, gənclər siyasəti, ölkəmizin gələcək inkişaf konsepsiyası üzrə atılacaq addımlar və gənclərin bu prosesdə iştirakından söhbət açılıb”.

Məlumata görə, spikerlər eyni zamanda təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar: “Məlumat üçün bildirək ki, “Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ili əhatə edən dövrdə həyata keçirilən islahatlar, ölkənin inkişaf transformasiyası və “Yola Davam” şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin həyata keçiriləcəyi platformadır”.

Mission News Theme by Compete Themes.