Press "Enter" to skip to content

AŞPA-nın qəbul etdiyi qərar qərəzli, ədalətsiz və kökündən yanlışdır

Hikmet Eren

Son yeniləmə: 29 Yanvar 2024 11:34

Hikmet Eren: Azərbaycanı etnik təmizləmədə ittiham etmək siyasi ikiüzlülük və əxlaqsızlıqdır

BAYRAQDAR MEDİA – “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qəbul etdiyi qərar qərəzli, ədalətsiz və kökündən yanlış qərardır. Əslində Qarabağı könüllü tərk edən ermənilərin taleyi bu qurumu qətiyyən maraqlandırmır. Avropa Şurası Parlament Assambleyasının əsas məqsədi Azərbaycanı özünə tabe etmək, Azərbaycanla şərt dildə danışmaqdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında türkiyəli ictimai xadim, “EkoAvrasya” Fondu” İdarə Heyətinin başqanı, “EkoAvrasiya” jurnalının baş redaktoru Hikmet Eren deyib.

Bu qərar həm də fevralın 7-də qardaş ölkədə keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır

Onun sözlərinə görə, buna cavab olaraq Azərbaycan dövləti və onun AŞPA-da təmsil olunan nümayəndə heyəti qətiyyətli addım ataraq oradakı fəaliyyətini müəyyən müddətə dayandırdı: “Hesab edirəm ki, AŞPA-nın Azərbaycanla bağlı qərarı həm də fevralın 7-də qardaş ölkədə keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır. Avropa Şurası Parlament Assambleyası bu cür qərarların fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə kölgə salmaq və Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulduğu görüntüsü yaratmaq istəyir. Təbii ki, bunların hamısı bəhanələrdir. Azərbaycanda insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu hər kəsə aydındır”.

Bunun yalnız bir adı var – Azərbaycana qarşı düşmənçilik

Bildirilib ki, AŞPA-nın iddiasının əksinə olaraq Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmirdi: “Əksinə, orada qalıb Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər üçün ən yüksək şəraiti yaratdı, onların qayğısına qaldı. Digər tərəfdən Qarabağı tərk edən ermənilər açıq şəkildə etiraf edirdilər ki, Azərbaycan dövləti onlara qarşı heç bir təzyiq vasitəsindən istifadə etmir, əksinə, onların Qarabağda qalıb yaşamaları üçün hər cür şərait yaradacağını vəd edirdi. Bütün bunlara rəğmən Azərbaycanı etnik təmizləmədə ittiham etmək siyasi ikiüzlülük və əxlaqsızlıqdır. Bunun yalnız bir adı var -Azərbaycana qarşı düşmənçilik”.

Ermənistanın bütün cinayətlərinə göz yumuldu

H.Eren deyib ki, Azərbaycan bu quruma üzv olduqdan sonra Avropa Şurası Parlament Assambleyasının haqsız tənqid və təzyiqlərinə məruz qalıb: “2001-ci ildən AŞPA Azərbaycanı dost və ya tərəfdaş kimi qəbul etmir. O, həmişə Azərbaycanı olmayan bir şeyin hədəfi kimi qınayıb, səbəbsiz yerə tənqid edib. Əslində tənqid olunan və hədəfə alınan ölkə Ermənistan olmalıydı. Ermənistan 30 ilə yaxın Azərbaycanın Qarabağ bölgəsini işğal edib, 1 milyona yaxın azərbaycanlı qardaşımızı evlərindən, doğma ocaqlaırndan didərgin salıb. Ermənsitan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Lakin xristian fanatizmi və erməni lobbisinin maliyyələşməsi nəticəsində Ermənistanın bütün bu cinayətlərinə göz yumuldu”.

Necə ki, illərdir Türkiyənin Avropa Birliyinə gedən yolunu kəsirlər, indi də eyni addımı Azərbaycana qarşı atırlar

O da qeyd olunub ki, əslində, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi məlum qərar Avropanın Türkiyəyə bəslədiyi düşmən münasibətinin başqa bir formada təzahürüdür: “Avropa türkləri, türk dünyasını, bu dünyanın bir parçası olan ölkələrin inkişafını, Avropaya inteqrasiyasını heç vaxt sevmir. Necə ki, illərdir Türkiyənin Avropa Birliyinə gedən yolunu kəsirlər, indi də eyni addımı Azərbaycana qarşı atırlar”.

Mission News Theme by Compete Themes.