Son yeniləmə: 26 Yanvar 2024 14:48
BAYRAQDAR MEDİA – Batı Trakya Türkləri Dostluq, Bərabərlik və Sülh (DEB) Partiyasının əfsanəvi lideri Dr. Sadık Ahmetin həyat və mübarizəsi filmin mövzusu olub. Lakin 29 dekabr 2023-cü ildə nümayişi gözlənilən “Sadık Ahmet” filminin nümayiş tarixi təxirə salınıb.
Kirim Haber Ajansının məlumataına görə, TRT-nin ortaq istehsalı olan filmin ssenari müəllifi Mert Dikmen, rejissoru Hakan Yonat, prodüseri Mahmut Cüneyt Göz, layihə dizaynı və yaradıcı prodüseri isə Muhammet Ustadır.
Qeyd edilir ki, TRT-nin verdiyi açıqlamaya görə, film fevralın 2-də ekranlara çıxacaq.
Filminin premyerası isə yanvarın 30-da İstanbulda keçiriləcək.