Son yeniləmə: 26 Yanvar 2024 13:20
BAYRAQDAR MEDİA – Qazaxıstanda Xəzər Tədqiqatları İnstitutu yaradılacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “İnstitut Xəzər dənizinin ekoloji problemlərini, suyun səviyyəsinin azalması problemini, suitilərin və balıqların kütləvi şəkildə tələf olmasının səbəblərini, Xəzər suitilərinin, ixtiofaunanın, akvatoriyasını və Xəzər dənizinin sahilini qoruyub saxlamaq məsələlərini öyrənəcək”.
Məlumata görə, digər istiqamət isə digər Xəzəryanı dövlətlərdən olan həmkarları ilə sıx qarşılıqlı əlaqənin təmin edilməsi olacaq.