Press "Enter" to skip to content

Qazaxıstan məqbərəsi dünyanın 100 ən mistik yeri sırasına daxil edilib

Xoca Əhməd Yasəvi məqbərəsi

Son yeniləmə: 26 Yanvar 2024 11:18

BAYRAQDAR MEDİA – Qazaxıstanda Xoca Əhməd Yasəvi məqbərəsi Martin Qreyin səyahətçilər və sirr axtaranlar üçün ilham mənbəyinə çevriləcək 100 heyrətamiz yerdən bəhs edən yeni kitabına daxil edilib.

Bu barədə Ulysmedia.kz xəbər yayıb.

Bildirilib ki, “Xoca Əhməd Yasəvinin məqbərəsi – Qazaxıstanın Türküstan vilayətinin Türküstan şəhərində yerləşən türk şairi və sufi təriqətinin banisi Xoca Əhməd Yasəvinin məzarı üzərindəki məqbərəir. “Xəzrət Sultan” tarix-mədəniyyət muzey-qoruğunun ərazisindəki mərkəzi obyektdir”.

Məlumata görə, kitabın müəllifi, fotoqraf Martin Qrey müqəddəs yerlər axtaranlar üçün ilham mənbəyi kimi öz işini təklif edir: “O, səyahət edənlərə əvvəlcə ölkə seçməyi, sonra ziyarət ediləcək müqəddəs yerləri tapmaq üçün onun kitabına müraciət etməyi tövsiyə edir”.

Mission News Theme by Compete Themes.