Press "Enter" to skip to content

“Qanlı Nigar” Denizlidə tamaşaçılara təqdim edilib

Tamaşadan bir səhnə

Son yeniləmə: 26 Yanvar 2024 14:21

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə şəhərə gələn Antalya Dövlət Opera və Baleti Ənənəvi Türk Teatrının ən önəmli əsərlərindən olan “Qanlı Nigar” müziklini tamaşaya qoyub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.

Bildirilib ki, Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən proqrama Denizli valisi Ömer Faruk Coşkun, Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, qonaqlar və çox sayda vətəndaş qatılıb.

Əəsəri Haldun Özörten səhnələşdirib. İki pərdəli səhnəyə qoyulan əsərdə aktyorların ifası yüksək qiymətləndirilərkən, tamaşaçılar sənətçiləri alqışlarla qarşılayıblar.

Denizli Böyükşəhər Bələdiyyə Başçısı Osman Zolan burada etdiyi çıxışında Antalya Dövlət Opera və Baletini Denizli vətəndaşlarına tanıtmaqdan çox xoşbəxt olduqlarını bildirib.

Mission News Theme by Compete Themes.