Press "Enter" to skip to content

Nevroloqdan diabetik polineyropatiya haqqında məlumat

Sevinc Rzayeva

Son yeniləmə: 26 Yanvar 2024 18:57

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Sevinc Rzayeva: “Son on ildə diabetik polineyropatiyanın yaranma səbəblərinin, diaqnostika və müalicə üsullarının öyrənilməsində böyük irəliləyiş əldə edilib”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Sevinc Rzayeva diabetik polineyropatiya haqqında danışıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “S.Rzayeva diabetik polineyropatiyadan danışarkən qeyd edib ki, diabetik polineyropatiyalar (DPN) şəkərli diabetdən yaranan fəsadlardan biridir: “Diabetik polineyropatiya diabet xəstələrində digər səbəblər istisna edildikdən sonra distal periferik sinir disfunksiyası simptomlarının olmasıdır. DPN xəstələrinin həyat keyfiyyətini azaldır və “diabetik pəncə” sindromunun meydana gəlmə riskini daşıyır. Son onillikdə DPN-nin yaranma səbəblərinin, diaqnostika və müalicə üsullarının öyrənilməsində böyük irəliləyiş əldə edilib. DPN yaranmasında genetik, metabolik, damar, autoimun və digər faktorların rolu var. Xəstəliyin meydana gəlməsinə təkan verən amil xroniki hiperqlikemiyadır ki, yaranmış metabolik pozğunluqlar nəticəsində sinirə birbaşa və yanaşı gedən mikro və makroangiopatiyalar vasitəsilə patoloji təsir göstərən, sinirin struktur zədələnməsinə səbəb olur””.

Nevroluq diabetik polineyropatiyanın əlamətlərinin əsasən aşağı ətrafların distal hissələrində hissi, vegetativ-trofik və motor pozğunluqların olması ilə xarakterizə edildiyini bildirib.

S.Rzayeva diabetik polineyropatiyanın müalicəsinin aparıldığı haqqında məlumat verib: “DPN xəstələrinin müalicəsinin müasir prinsipləri 3 əsas istiqamətə, o cümlədən xəstəliyin inkişafının əsas patogenetik mexanizmlərinin korreksiyası, DPN-nin əsas simptomlarının aradan qaldırılması, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, DPN-nin irəliləməsinin və ağırlaşmalarının qarşısının alınmasına əsaslanır”.

O bildirib ki, diabetik polineyropatiyanın müalicəsinin əsas məqsədi ətraflarda hissiyyatın və motor funksiyaların bərpa edilməsi, ağrının aradan qaldırılması, qan şəkərinin nəzarətdə saxlanılmasından ibarətdir. Nevroluq həmçinin deyib ki, pasiyentlərin müalicəsinə kompleks yanaşma, müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislər və müvafiq avadanlıq diabetik polineyropatiya xəstələrinin yüksək keyfiyyətli sağalmasını təmin etməyə imkan verir.

Mission News Theme by Compete Themes.