Press "Enter" to skip to content

Kovaçevski: Növbəti seçki yarışı sağ və sol deyil, Doğu ilə Batı arasında olacaq

Dimitar Kovaçevski

Son yeniləmə: 26 Yanvar 2024 09:44

BAYRAQDAR MEDİA– Quzey Makedoniyanın baş naziri və SDSM sədri Dimitar Kovaçevski bəyan edib ki, qarşıdan gələn seçki yarışı sağ və sol arasında deyil, Doğu ilə Batı arasında olacaq.

Yeni Balkan xəbər verir ki, D.Kovaçevski açıqlamasında deyib: “Adətən dünyada seçki yarışı mərkəzdə və solda olan siyasi partiyalar ilə mərkəzdə və sağda olan siyasi partiyalar arasında gedir. Amma bizdə indi batıyönlü və doğuyönümlü siyasi partiyaların üz-üzə gələcəyi seçkilər keçiriləcək”.

Məlumata görə, SDSM koalisiyasında Avropayönlü və mütərəqqi partiyaların yer alacağına inandığını deyən D.Kovaçevski, vətəndaşların sorğular vasitəsilə Avropanın tərəfdarı olduqlarını açıq şəkildə bəyan etdiklərini bildirib.

Baş nazir müvəqqəti seçki hökumətinin yaradılması üçün parlamentin iclasına qədər istefa verəcəyini açıqlayıb: “Cümə axşamı saat 10:00 radələrində bütün hökumət istefa verəcək, buna görə də nazirlərin istefaya getməsinə ehtiyac yoxdur. Çünki Baş nazirin istefası ilə bütün hökumət istefaya gedir”.

Mission News Theme by Compete Themes.