Press "Enter" to skip to content

Daşkəndə Xəzər dənizindən keçən ticarət yolları müzakirə edilib

İclas zamanı

Son yeniləmə: 26 Yanvar 2024 12:38

BAYRAQDAR MEDİA – Yanvarın 25-26-da Özbəkistanın paytaxtı Daşkənddə Xəzər dənizindən keçən ticarət yolları üzrə birgə tədbirlər planını müzakirə etmək üçün iclas keçirilir.

Xəbəri salamnews.tm yayıb.

Bildirilib ki, “Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin, “Türkmənistan Nəqliyyat-Loqistika Mərkəzinin” Özbəkistan bölməsinin, Türkmənistan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, habelə özəl nəqliyyat şirkətlərinin nümayəndələrinin daxil olduğu Türkmənistan nümayəndə heyəti, bu tədbirdə iştirak edib. İclas iştirakçıları Xəzər dənizindən keçən ticarət yollarından istifadənin genişləndirilməsi və sürətləndirilməsi üzrə Birgə Fəaliyyət Planı layihəsinə ətraflı nəzər salacaqlar”.

Məlumata görə, Daşkənddə keçirilən görüşün məqsədlərindən biri də Xəzər dənizindən keçən ticarət yolları üzrə Birgə Fəaliyyət Planının icrası üzrə əlaqələndirmə və mexanizmlərin ardıcıllığının müəyyən edilməsidir: “İştirakçılar Planın səmərəli həyata keçirilməsini təmin edəcək, həmçinin onun işini və funksiyalarını əlaqələndirəcək Transxəzər Ticarət Marşrutları üzrə Əlaqələndirmə Şurasının yaradılması barədə razılığa gəlməyə çalışırlar”.

Mission News Theme by Compete Themes.