Son yeniləmə: 26 Yanvar 2024 14:48
BAYRAQDAR MEDİA – Türk dünyasının altıncı, Qazaxlar arasında üçüncü, dünyanın isə 545-ci astronavtı olaraq qeyd edilən Aydın Ayımbetov Beynəlxalq Kosmik Stansiyada (ISS) olan Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmos səyahətini dəyərləndirib.
Kirim Haber Ajansının məlumatına görə, hazırda Qazaxıstan Milli Kosmik Şirkətinin (Qazaxıstan Qarış Saparı) prezidenti olan A.Ayımbetov Anadolu Ajansına kosmos macərası və A.Gezeravcının kosmos səyahəti haqqında danışıb. O, Türkiyənin Alper Gezeravcını kosmosa göndərməsi xəbərini böyük sevinclə qarşıladığını bildirib. A.Ayımbetov A.Gezeravcı ilə 2023-cü ildə Bursada keçirilən 34-cü Planet Konqresində tanış olduqlarını bildirib.
Dövlətlərin öz astronavtlarını kosmosa göndərməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkən A.Ayımbetov, həmçinin qeyd edib ki, kosmik tədqiqatlarda beynəlxalq əməkdaşlıq vacibdir. O, Türkiyə ilə ortaqlığa hazır olduqlarını bildirib: “Biz şirkət olaraq 44 sahədə kosmos monitorinqi işləri aparırıq və bu kontekstdə Türkiyə ilə əməkdaşlığa hazırıq”.