Son yeniləmə: 25 Yanvar 2024 14:34
BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Başqırdıstanın rəhbəri Radiy Xabirovu qəbul edib.
Bu barədə el.kz məlumat yayıb.
Məlumata görə, Qasım-Jomart Toqayev qeyd edib ki, regionlararası əməkdaşlıq Astana və Moskva arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, bu baxımdan Başqırdıstan Respublikası xüsusi rol oynayır.
Bildirilib ki, “dövlət başçısı bir sıra sazişlərin, o cümlədən hökumətlər səviyyəsində imzalanmış 2023-2024-cü illər üçün Əməkdaşlıq Yol Xəritəsinin uğurla həyata keçirildiyinə diqqət çəkib. Dövlət başçısı ölkənin regionları ilə Başqırdıstan arasında ticarət dövriyyəsinin sürətini müsbət qiymətləndirib. Ötən ilin 11 ayının yekunlarına görə, ticarət dövriyyəsinin səviyyəsinin göstəricisi 350 milyon dolları ötüb. Eyni zamanda, Qazaxıstan Başqırdıstan Respublikasının üç aparıcı ticarət tərəfdaşından biridir”.