Press "Enter" to skip to content

Gürcüstanlı nazir Azərbaycandadır

Nazirlərin görüşü

BAYRAQDAR MEDİA – Yanvarın 24-dən qonşu Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir.

Xəbəri Elm və Təhsil Nazirliyi yayıb.

Bildirilir ki, “səfərin ilk günündə Giorgi Amilakhvarinin elm və təhsil naziri Emin Əmrullayevlə görüşü olub. Görüş zamanı təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub”.

O da qeyd edilir ki, “Giorgi Amilakhvari, həmçinin ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb”.

Mission News Theme by Compete Themes.