Press "Enter" to skip to content

Ekoloji sahədə daha bir maarifləndirici görüş

Məktəbdə maarifləndirmə

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Bakı şəhərindəki 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif şagirdləri ilə “Davamlılıq üçün maariflənmə” devizi altında maarifləndirici görüş keçirib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “görüş çərçivəsində uşaqlara BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri, ölkənin biomüxtəlifliyi, həmçinin Azərbaycana xas balıq növləri, su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb”.

Eyni zamanda, uşaqlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirilməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsi çərçivəsində hazırlanan dərsdənkənar vəsait və məktəb ləvazimatları hədiyyə edilib.

Mission News Theme by Compete Themes.