Press "Enter" to skip to content

e-Resept sistemi istifadəyə verilib

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin istifadəyə verdiyi e-Resept sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet portalında xüsusi keçid yaradılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “keçiddə pasiyentlər və həkimlər üçün e-Resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə e-Resept-dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda keçiddə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək e-Resept sisteminə daxil olmaq mümkündür”.

Keçidin istifadəyə verilməsində əsas məqsəd e-Resept sistemi barəsində pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.

Sistemin istifadəsi ilə bağlı yaranacaq suallara isə Səhiyyə Nazirliyi Çağrı Mərkəzinin 012 596 07 12 nömrəli telefon nömrəsi ilə aydınlıq gətirmək imkanı var.

Mission News Theme by Compete Themes.