Son yeniləmə: 25 Yanvar 2024 10:18
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir şəhərində çörək qiymətləri artır. Artıq tarix də müəyyən olunub.
Xəbəri eskisehirhaber.com yayıb.
Bildirilib ki, “inflyasiya çörəkçilərə mənfi təsir etməkdə davam edir. Bu çərçivədə, 1 fevral 2024-cü il tarixindən etibarən Eskişehirdə çörək yeni qiymətlə satılacaq. Qiymət artımının 30 yanvarda keçiriləcək Eskişehir Ticarət Palatası Məclisində rəsmiləşəcəyi gözlənilir. Səlahiyyətlilərdən əldə edilən məlumata görə, 200 qramlıq çörək 1 fevral 2024-cü il tarixindən etibarən 8 lirədən satılmağa başlayacaq”.
Məlumata görə, çörəkçilər çörəyin 10 lirədən satılmasını tələb etsələr də, hazırda 7 lirədən satılan çörəyin yeni satış qiyməti 8 lirə olacaq.