Press "Enter" to skip to content

Beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Yanvarın 25-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Elm və təhsil naziri Emin Əmrullayev və agentliyin qlobal məsələlər üzrə rəhbəri Phil Batinin iştirak etdiyi görüşdə yerli ali təhsil müəssisələrinin cari göstəriciləri və perspektivləri müzakirə olunub. P.Bati dünya universitetlərinin reytinqi üzrə ümumi məlumat verib”.

Görüşdə həmçinin Azərbaycan ali təhsil müəssisələrinin nəticələri regional və qlobal səviyyədə müqayisə edilib. Nəticələri təhlil olunan müəssisələrin güclü, zəif tərəfləri vurğulanıb və reytinqlərdə irəliləmək üçün növbəti zəruri addımlar müəyyən olunub.

Mission News Theme by Compete Themes.