Press "Enter" to skip to content

Agentlikdə ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

Görüş zamanı

Son yeniləmə: 25 Yanvar 2024 10:45

BAYRAQDAR MEDİA – Yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 25-də Agentlikdən məlumat verilib.

Müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi iştirak edib
Müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi iştirak edib

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib”.

Məlumata görə, aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.