Press "Enter" to skip to content

UNESCO ilə əməkdaşlıq genişləndirilir

UNESCO

BAYRAQDAR MEDİA – 2023-cü ildə Türkmənistandan üç obyekt UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən türkmenportal.com məlumat yayıb.

Məlumata görə, bundan əlavə, Türkmənistan 2023-2027-ci illər üçün UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) üzvü seçilib: “Həmçinin, ölkənin iki ali təhsil müəssisəsində UNESCO kafedraları açılıb, 6 məktəb UNESCO-nun Assosiativ Məktəbləri şəbəkəsinə qoşulub”.

Qeyd edilib ki, əməkdaşlıq çərçivəsində Məxtumquli Fəraqinin əlyazmaları kolleksiyasının UNESCO-nun “Dünyanın beynəlxalq yaddaşı” siyahısına daxil edilib: “Bundan əlavə, türkmən ədəbiyyatı klassikinin anadan olmasının 300 illiyi UNESCO-nun 2024-2025-ci illər üçün yaddaqalan tarixlər siyahısına daxil edilib”.

Mission News Theme by Compete Themes.