Press "Enter" to skip to content

Müxalifət cəbhəsində durum ürəkaçan deyil

Dos. Dr. Fatih Çağatay BAZ

Son yeniləmə: 6 Fevral 2024 11:30

Dos. Dr. Fatih Çağatay Baz: “Cümhur İttifakı” bu vaxta qədər müxalifətin nəzarətində olan Ankara, İzmir, İstanbul, Eskişehir kimi iri şəhərlərdə öz namizədinin qalib gəlməsini hədəfləyib

BAYRAQDAR MEDİA – “Türkiyədə martın 31-də keçiriləcək yerli seçkilər də xüsusi önəm kəsb edir. Çünki “Cümhur İttifakı” bu vaxta qədər müxalifətin nəzarətində olan Ankara, İzmir, İstanbul, Eskişehir kimi iri şəhərlərdə öz namizədinin qalib gəlməsini hədəfləyib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay Baz deyib.

O, qeyd edib ki, artıq bu şəhərlərin hər birindən AK Partinin, o cümlədən “Cümhur İttifakı”nın bələdiyyə sədrliyinə namizədləri bəllidir: “Namizədlır müəyyən edilərkən bir məqama xüsusi olaraq nəzərə alınıb. “Cümhur İttifakı”nın bələdiyyə sədrliyinə namizədlərinin həm AK Parti, həm də MHP tərəfindən qəbul edilən adlar olmasına diqqət yetirilib. Bu mənada demək olar ki, seçkiyə təqribən 2 ay qalsa da, namizədin elan olunması prosesi ləngiyib. Çünki hər bir namizəd ayrı-ayrılıqda müzakirə edilib, qalib gəlmək şansları nəzərdən keçirilib”.

CHP-də sədr dəyişsə də, yanaşma dəyişməyib

Müsahibimizin sözlərinə görə, müxalifət cəbhəsində bu sahədə bir qədər geriləmə var: “Digər cəbhədə durum bir qədər fərqlidir. Parlament və prezident seçkilərinə bir ittifaqda gedən CHP ilə İYİ Parti arasında hazırda ciddi gərginlik hökm sürür. Artıq İYİ Partinin ona müttəfiqlik etməyəcəyini bilən CHP rəhbərliyi yeni müttəfiq arayışındadır. Bu kontekstdə isə diqqətlər daha çox əvvəlki seçkilərə Yaşıl Sol Partiya olaraq girən və adını DEM olaraq dəyişən siyasi partiyanın üzərində cəmlənir. Son duruma nəzər salsaq görünın odur ki, CHP DEM-lə hansısa bir anlaşma əldə edilməsinə çalışır. Çünki həm DEM Partinin münasibəti, həm də CHP sədri Özgür Özel-in həbsxanadakı DEM-ə yaxın məhbuslara salam göndərməsi və yeni sədr olması yerli seçkilərlə bağlı fərqli danışıqların aparılacağı proqnozunu ortaya çıxarır”.

Vurğulanıb ki, cərəyan edən son günlər cərəyan edən proseslər CHP-nin bu istiqamətdə də işlərinin hamar getmədiyinə işarə edir: “DEM Parti CHP-yə dəstək müqabilində özü üçün bəzi bələdiyyələri istəyir. CHP isə həmin bələdiyyələri DEM-ə güzəştə getmək istəmir. Ən azı indiki durum ondan xəbər verir. Belə olan halda isə qarşı tərəfin seçkilərə öz namizədləri ilə qatılacağına dair DEM cəhbəsindən açıqlamalar gəlir”.

Doç. Dr. Fatih Çağatay Baz deyib ki, bütün bu baş verənlər seçkilərlə bağlı ilkin proqnoz verməyə imkan yaradır: “Görünən odur ki, yerli seçkilərlə bağlı “Cümhur İttifakı”nın işləri bu vaxta qədər hamar gedir. Ona görə də MHP ilə AK Partinin razılığa gəldiyi vilayətlərin açıqlanması, irəli sürülən namizədlərin təcrübəli olması və ictimaiyyət tərəfindən qəbul edilməsi seçki nəticələrinin İstanbul və Ankara başda olmaqla Cümhur İttifakı üçün uğurlu olacağının göstəricisidir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, müxalifət cəbhəsində durum ürəkaçan deyil. Bu cəbhədəki qarşıdurmalar, o cümlədən CHP-nin DEM Partidən kömək istəməsi, İYİ Partinin isə seçkilərə təkbaşına qatılmaq istəməsi müxalifəti çətin vəziyyətdə qoyub”.

Mission News Theme by Compete Themes.