Son yeniləmə: 24 Yanvar 2024 13:02
BAYRAQDAR MEDİA – Türkmənistanın Əfqanıstanın Herat şəhərindəki Baş Konsulluğu tərəfindən ölkə Prezidenti Serdar Berdimumahedovun “Gənclər ölkənin əsasıdır” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə turkmenportal.com-a Baş Konsulluqdan məlumat verilib.
Məlumata görə, tədbir iştirakçıları 2023-cü ildə gənclərin ölkə iqtisadiyyatının müxtəlif sahələrində yüksək nəticələr əldə etdiklərini vurğulayıblar: “Həmçinin ötən il gənclər beynəlxalq idman və intellektual yarışlarda uğurla iştirak ediblər. Kitabın təqdimatı ötən il dekabrın sonunda Aşqabadda Gənclər ilinin yekunlarına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans və sərgi çərçivəsində keçirilib”.