BAYRAQDAR MEDİA – Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə Altıağac Milli Parkının əməkdaşları tərəfindən Xızı rayonu Xələc kənd ümumi orta məktəbin şagirdləri ilə Dünya Ekoloji Təhsil Günü ərəfəsində (26 yanvar) maarifləndirici görüş təşkil olunub.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “mütəxəssislər tərəfindən şagirdlərə ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlar verilib, milli parklar haqqında broşürlər paylanılıb”.