Press "Enter" to skip to content

“Güvənli gələcəyin ən yaxşısı” kateqoriyası üzrə qalib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 24 Yanvar 2024 12:21

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) Beynəlxalq Məlumat Korporasiyasının (IDC) “The IDC Future Enterprise Awards” müsabiqəsində “Güvənli gələcəyin ən yaxşısı” kateqoriyası üzrə qalib seçilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarln 24-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “münsiflər heyəti ƏMAS barədə təqdim olunmuş məlumatları təhlil edərək bu e-sistemi rəqəmsal etibarlılıqda ən yüksək standartlara cavab verən sistem kimi qiymətləndirib. ƏMAS-ın hökumət və vətəndaş cəmiyyəti institutları, özəl sektor və vətəndaşlar üçün uğurlu bir layihə olduğu xüsusi vurğulanıb”.

Məlumata görə, “The IDC Future Enterprise Awards” müsabiqəsi rəqəmsal strategiyalar üzrə ən yaxşı təcrübələri bölüşmək, davamlı rəqəmsal həllərin tapılmasına yardımçı olmaq, güvənli e-layihələri önə çıxarmaq məqsədi daşıyır: “Müsabiqəyə İsveç, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsveçrə və Türkiyə də daxil olmaqla bir çox ölkələrdən 600-dən çox layihə təqdim edilib, onlardan 19-u, o cümlədən ƏMAS qaliblər siyahısında yer alıb. Xatırladaq ki, 2022-ci ildə istifadəyə verilmiş “Əmək və Məşğulluq” altsistemi ötən il BMT-nin “Cənub-Cənub” əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib. Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023”-də isə ƏMAS “Çempion layihə” seçilib”.

Mission News Theme by Compete Themes.