Son yeniləmə: 24 Yanvar 2024 11:06
BAYRAQDAR MEDİA – Bu günlərdə Özbəkistan və Uqanda arasında diplomatik əlaqələrin qurulmasına dair Birgə Kommunike imzalanıb.
Bu barədə platina.uz-a Özbəkistan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sənədi iki ölkə hökumətləri adından Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloyev və Uqanda xarici işlər naziri Jeje Odonqo imzalayıblar.
Bildirilib ki, “Uqanda Özbəkistanla diplomatik əlaqələr quran 145-ci ölkə oldu. Bu ölkə Doğu Afrikada yerləşir və 46 milyon əhalisi var. Xatırladaq ki, Özbəkistan Trinidad və Tobaqo Respublikası ilə ötən ilin yayında diplomatik əlaqələr qurub”.